Rusiya iki ayda 300-dən artıq yüksək rütbəli zabitini itirib
Aprel 26
18:13
2022
Müharibənin başladığı 24 fevraldan bəri Rusiyanın Ukraynada 300-dən artıq yüksək rütbəli zabiti həlak olub. "AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiyanın müstəqil media qurumu olan "MediaZona” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, statistika yerli hökumət rəsmiləri, qəzetlər və ailələrin sosial mediada paylaşdığı ölüm xəbərləri əsasında hazırlanıb.
"MediaZona” Ukraynada rus hərbçilərin ölümü ilə bağlı 1744 məlumat topladığını açıqlayıb.
Məlumat üçün qeyd edək ki, Kremlin açıqladığı rəsmi statistikaya görə, indiyə qədər Ukraynada 1351 rus hərbçisi həlak olub. Rusiyanın etiraf etdiyi ən yüksək rütbəli ölümlər isə general-mayor Andrey Suxovetski və Vladimir Frolov olub.