Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi son 24 ildə ən aşağı səviyyəyə düşüb
İyun 19
13:32
2024
Bu ilin apral ayında Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında ikitərəfli ticarət dövriyyəsi martla müqayisədə 6 % azalaraq 5,6 milyard avro təşkil edib və bu, 2000-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.
"Report” xəbər verir ki, bu barədə "Eurostat”ın hesabatında deyilir.
Bu dövr ərzində Rusiya mallarının Avropaya tədarükü 17 % azalaraq 2,7 milyard avro təşkil edib ki, bu, 1999-cu ilin iyunundan bəri ən aşağı göstəricidir.
Aprel ayında Rusiyadan Avropa bazarına ixracın əsas payını qaz (1,15 milyard avro dəyərində tədarük) tutub. Daha sonra dəmir-polad (288,5 milyon avro) və neft məhsulları (248 milyon avro) gəlir.