“Rusiya ilə danışıqlar dayandırılıb” - Ukrayna Prezident Ofisi
May 17
15:14
2022
"Rusiya ilə danışıqlar dayandırılıb”.
"Report” "RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
"Çünki İstanbul müzakirəsindən sonra ciddi irəliləyiş yoxdur. Rusiyanın mövqeyi dəyişməyib. Amma müharibə danışıqlar masası arxasında bitəcək. Mənə elə gəlir ki, bu prosesə cənab Volodimir Zelenski moderatorluq edəcək”, - o söyləyib.