“Rusiya ilə uzun və qanlı münaqişəyə hazır olmalıyıq“ - Arestoviç
May 05
10:27
2022
"Rusiya ilə uzun və qanlı münaqişəyə hazır olmalıyıq".
"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın Qərb silahlarını lazımi miqdarda toplamasının qarşısını almaq üçün onları tükətməyə çalışır.
"Bu, əks-hücum üçün qüvvə toplamağımıza mane olur. Müharibənin əvvəlində olduğu kimi heç bir təhlükə olmayacaq. Lakin biz uzun müddət mübarizə aparmalı və bütün bu hücumları dayandırmalı olacağıq", - Arestoviç bildirib.
Qeyd edək ki, bu yaxınlarda Arestoviç müharibənin vaxtı ilə bağlı proqnozunu yeniləyib və bunun 2042-ci ilə qədər davam edə biləcəyini, lakin fərqli formatda olacağını bildirib.