Rusiya iqtisadiyyatı ilk 8 ayda 0,7 faiz geriləyib
Oktyabr 04
09:48
2016
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin göstəricilərinə görə, Rusiyada Ümumi Daxili Məhsul 2016-ci ilin ilk 8 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalıb.
Yanvar-Avqust ayında Rusiyanın xarici ticarət profisiti isə keçən ilin eyni dövrü ilə müqayisədə 48,8 faiz azalaraq 55,6 milyard dollar olub.
Avqust ayında isə əvvəlki aya nisbətən ÜDM dəyişməyib.
İlk 8 ayda ixrac 25,8 faiz azalma ilə 173,6 milyard dollar olub, idxal isə 5,9 faiz azalaraq 118 milyard dollar təşkil edib.
Yanvar-Avqust ayında Rusiyanın xarici ticarət profisiti isə keçən ilin eyni dövrü ilə müqayisədə 48,8 faiz azalaraq 55,6 milyard dollar olub.