SON XƏBƏR

"Rusiya İrəvanda faşistlərin yürüşündən dərin narahatlıq keçirir" - Zaxarova

Yanvar 12
14:08 2024
Rusiya Ermənistan paytaxtında yanvarın 1-də faşistlərin yürüş keçirməsindən dərin narahatlıq keçirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Bəli, biz bu kadrları gördük və yanvarın 1-də İrəvanın mərkəzində gənc faşistlərin yürüşünün baş tutmasını dərin narahatlıqla qəbul etdik. Əlbəttə ki, biz Ermənistanın asayişi qoruyan qüvvələrinin bu yürüşün iştirakçılarına, onların KİV-in iştirakı ilə kameralar önündə "nasist salamlarına” mane olmamasına təəccübləndik. Ermənistan hakimiyyətinin buna reaksiyasının olmaması da təəccüb doğurur. Əminik ki, nasizmin bütün təzahürlərini kökündən kəsmək lazımdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova 80 il bundan öncə ermənilərin ruslarla, digər xalqların nümayəndələri ilə birlikdə faşizm üzərində qələbə qazandığını xatırladıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook