"Rusiya istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır" - Sergey Lavrov
İyul 17
23:42
2024
"Rusiya bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında dialoq aparmağa hazır olan istənilən seçilmiş Amerika lideri ilə işləməyə hazırdır”.
"Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-də keçirdiyi mətbuat konfransında deyib.
"Rusiya Prezidenti Vladimir Putin bu barədə bir neçə dəfə danışıb. Biz Amerika xalqı tərəfindən seçiləcək və bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında dialoqa hazır olan istənilən Amerika lideri ilə işləməyə hazır olacağıq”, - Rusiya XİN rəhbəri bildirib.