SON XƏBƏR

“Rusiya Krım körpüsünü heç bir şəraitdə dağıtmağa imkan verməyəcək” - Kosaçov

Avqust 16
00:54 2022
Rusiya heç bir şərait daxilində Krım körpüsünü dağıtmağa imkan verməyəcək, o, bütün risklər nəzərə alınmaqla tikilib.

Bunu avqustun 15-də Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov Ukrayna siyasətçilərinin bu körpüyə zərbə endirmək planları barədəki bəyanatlarını şərh edərkən bildirib.

«Aydındır ki, Krım körpüsünü məhv etməyə heç kim imkan verməyəcək - heç bir şəraitdə. O, bütün risklər nəzərə alınmaqla tikilib, baxmayaraq ki, əlbəttə, təsəvvür etmək çətin olardı ki, birbaşa zərbə təhdidi meydana gələcək» - senator «Rossiya 24» telekanalının efirindən qeyd edib.

O, dəqiqləşdirib ki, Krım körpüsünə zərbə endirmək cəhdi aydındır ki, bu, Kiyevə Qərb silahlarının verilməsinin nəticəsində mümkündür, çünki Ukrayna tərəfinin belə diversiya həyata keçirmək üçün indiki halda özünün silahı yoxdur.

«Gəlin, bir anlığa təsəvvür edək, bir daha təkrar edirəm, mən belə imkanı istisna edirəm, amma hipotetik olaraq, bu, Krım körpüsünün fəaliyyətində onlarla, yüz minlərlə, ola bilsin ki, milyonlarla mülki əhali üçün böyük əlavə problemlərin yaradılması demək olardı. Həm də təkcə Krımda yox, Cənub-Şərqin yaxın bölgələrində. Və bütün bunlar birbaşa o adamların vicdanına yazılacaq» - siyasətçi bildirib.

AzPolitika.info


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook