Rusiya Maduronun, Avropa İttifaqı isə Quaydonun yanındadır
Yanvar 24
10:23
2019
Rusiya Venesuela prezidenti Nikolas Maduroya dəstək verib.
Qeyd edək ki, ötən gün müxalif qüvvələrin nəzarətində olan Milli Məclis rəhbəri Xuan Quaydo özünü ölkənin müvəqqəti rəhbəri elan edib. ABŞ prezidenti Donald Tramp Quaydonu Venesuelanın müvəqqəti rəhbəri kimi tanıdığını, demokratik qüvvələrə dəstək verdiyini açıqlayıb. Avropa İttifaqı da Venesueladakı Milli Məclisin mövqeyinə dəstək nümayiş etdirərək Maduroya qarşı mübarizə aparan qüvvələrin yanında olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, rəsmi Kremlin Maduronu Venesuelanın qanuni seçilmiş rəhbəri adlandırıb və ölkə prezidenti kimi tanıdıqlarını bildirib.