Rusiya məscidlərdə “verbovkaya” başlayıb - İndi də Orta Asiyadan olanları müharibəyə cəlb edir
May 08
12:23
2023
Məlum olduğu kimi, Rusiya Ukraynada apardığı uğursuz işğalçılıq müharibəsində böyük itkilər verdiyindən öz hərbi qruplaşmasının canlı qüvvə təminatı sarıdan ciddi çətinliklərlə üzləşib. Öncə ucqar bölgələrdən və qeyri-rus əhalinin arasından toplanan "qurbanlıqlar” daha sonra həbsxanalrdan - məhbuslar arasından seçilməyə başladı. Lakin belə görünür ki, artıq bu "qurbanlıqlar” da tükənmək üzrədir...
"AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, Böyük Britaniya kəşfiyyatı son hesabatında Moskvanın Orta Asiyadan olan əmək miqrantlarını Ukraynadakı müharibəyə cəlb etməyə başladığını qeyd edib.
Hesabatda deyilir ki, Rusiyanın müvafiq strukturlarının təmsilçiləri məscidlərə və miqrasiya xidməti obyektlərinə tez-tez baş çəkməyə başlayıblar. Həmin yerlərdə Orta Asiyadan olan miqrantlara çoxlu vədlər verilir və onlar kütləvi şəkildə Ukraynadakı savaşa cəlb olunmaq üçün şirnikləndirilirlər. "Verbovkanı” əsasən tacik və özbək dilini yaxşı bilən əməkdaşlar həyata keçirirlər. Onlar orta asiyalılara vaxtından əvvəl Rusiya vətəndaşlığı veriləcəyini vəd edirlər.
Belə ki, adətən vətəndaşlıq almaq 5 il vaxt tələb edirdisə, miqrantlara müharibəyə gedəcəkləri təqdirdə bunu 6 ay - bir il müddətində yekunlaşdırmağı vəd edirlər: "Onları böyük ehtimalla dərhal itkilərin böyük olduğu cəbhələrə göndərəcəklər”.
Məlumatda bildirilir ki, miqrantlara verilən vədlər yalnız vətəndaşlıqla bağlı deyil. Onlara həmçinin, razılıq verərək, qeydiyyata alındıqları təqdirdə 2400 ABŞ dolları, müharibədə olduqları hər aya görə isə 4 min ABŞ dollarından artıq maaş vəd edilir.
Qeyd edək ki, Kreml paytaxt Moskvada və digər iri şəhərlərdə səfərbərliyə və milliyyətcə rus onların müharibəyə cəlb olunmasına ehtiyatla yanaşır. Rusiya hakimiyyəti bu səbəbdən əsasən qeyri millətləri, məhbusları və Donbasda "xilas etməyə” getdiyi əhalini qırğına verməyə üstünlük verir.