SON XƏBƏR

Rusiya MN: “Heç bir itkimiz yoxdur, Kiyev mühasirəyə alınıb”

Fevral 25
17:51 2022
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, general İqor Konaşenkov Ukraynada aparılan hərbi əməliyyatların ikinci günündə baş verənlərə dair brifinq keçirib. O bildirib ki, Rusiya silahlı qüvvələri Kiyev vilayətinin Hostomel şəhəri yaxınlığındakı aerodroma desant endirilməsi əməliyyatını uğurla başa vurub. Onun bildirdiyinə görə, əməliyyatda 200-dən çox vertolyot istifadə olunub. "Desant əməliyyatının uğuru endirilmə rayonunda bütün hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması, döyüş əməliyyatlarının aparıldığı rayonun havadan tam təcrid edilməsi və radioelektron mübarizə sistemlərindən fəal istifadə sayəsində mümkün olub”,-Konaşenkov bildirib.

Onun sözlərinə görə, aerodromun ələ keçirilməsi zamanı Ukrayna xüsusi təyinatlı qüvvələrindən "200-dən çox millətçi” məhv edilib, amma Rusiya ordusu heç bir itki verməyib. "Hazırda hava-desant qüvvələrinin əsas bölmələri Hostomel aerodromuna endirilmiş desantla birləşib, bununla da Kiyevin qərb istiqamətindən blokadaya alınması tamamlanıb”,-Konaşenkov bildirib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi onu da deyib ki, Çerniqov şəhərinin də mühasirəyə alınması tamamlanıb. Onun sözlərinə görə, Luqansk istiqamətindən "xalq respublikasının qüvvələri” 12 kilometr irəliləyib, Donetsk istiqamətindən isə 11 kilometr irəliləmə qeydə alınıb.

Konaşenkov ümumiyyətlə, Ukraynada keçirilən əməliyyatlar zamanı Rusiya ordusunun "heç bir itki vermədiyini” bildirib. Hərçənd ki, KİV-lərdə və sosial şəbəkələrdə məhv edilmiş Rusiya hərbi texnika kalonlarına, ətrafa səpələnmiş rus əsgərləri cəsədlərinə dair çoxsaylı görüntülər var.

virtualaz.org



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook