Rusiya MN Qara dəniz üzərində dronlar vurduğunu iddia edir
Sentyabr 04
10:17
2023
Rusiya Müdafiə Nazirliyi bu gecə hava hücumundan müdafiə sistemlərinin ilhaq edilmiş Krım yaxınlığında və Kursk vilayətində Qara dəniz üzərində Ukraynaya məxsus iki dronu vurduğunu iddia edib.
"Report” xəbər verir ki, bu barədə hərbi qurum teleqramda məlumat yayıb.
"Ukraynaya məxsus pilotsuz uçuş aparatları Qara dəniz üzərində Krım yarımadası yaxınlığında və Kursk vilayəti ərazisi üzərində növbətçi hava hücumundan müdafiə vasitələri tərəfindən havada məhv edilib”, - məlumatda deyilib.
Xatırladaq ki, ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələri PUA vasitəsilə Rusiyaya məxsus kateri məhv etdiyini açıqlamış və əməliyyatın görüntülərini ictimailəşdirmişdi. Ukraynalı hərbi ekspert və jurnalist Yuri Butusovun sözlərinə görə, əməliyyat "Bayraktar TB2” PUA-sı vasitəsilə həyata keçirilib.