SON XƏBƏR

“Rusiya müttəfiqlərindən bir milyon döyüş sursatı alıb” - Ekspert açıqladı

Yanvar 25
11:50 2024
Rusiya tərəfdaşlarından bir milyon sursat alıb.

"AzPolitika.info” xəbər verir ki, ukraynalı hərb ekspert Oleq Jdanova görə, bu yardımın arxasında Çin hökuməti dayanır.

"Bəli, Lavrov Pekinə, Şoyqu isə Pxenyana getdi və nəticədə bir neçə ay ərzində Rusiyaya bir milyon sursat verildi. Üstəlik, Moskva daha 500 min mərmi alacaq. Bu, Çinin işidir. Çünki aydındır ki, Kim Çen In müstəqil qərarlar qəbul etmir və Si Cinpinin kuklasıdır”,- deyə hərbi ekspert bildirib.

Onun sözlərinə görə, Çin lideri indi Tayvan məsələsində ABŞ-la danışıqlara getməyə çalışır.

Jdanov Si Cinpinin ABŞ-dan tələbini bu cür izah edib: "Çin deyir ki, Tayvanı mənə verməsəniz, Rusiyaya bu müharibədə qalib gəlməsi üçün lazım olan qədər silah verəcəm”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook