Rusiya ordusu Odessa və Zaporojye şəhərlərinə hücum edib
Avqust 14
12:51
2023
Bazar ertəsi gecəsi Rusiya ordusu Ukraynanın Odessa şəhərinə raketlər və dronlarla üç dəfə hücum edib.
"AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın "Cənub” Əməliyyat Komandanlığından məlumat verilib.
Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçukun sözlərinə görə, bölgəyə 15 pilotsuz hücum aparatı göndərilib və 8 "Kalibr” raketi atılıb.
Hava Hücumundan Müdafiə Qüvvələri bütün hücumları dəf edib, lakin raket və pilotsuz təyyarələrin fraqmentləri universitetlərdən birinin yataqxanasına və supermarketə ziyan vurub. Üç nəfər yaralanıb. Əməliyyat komandanlığından bildirilib ki, onlar supermarketin işçiləridir. Partlayış dalğası bir neçə binanın şüşələrini sındırıb və yaxınlıqda dayanmış avtomobillərə ziyan vurub. İki binada yanğın baş verib.
İki yaşayış binasına düşən raketlər onları tamamilə dağıdıb, daha iki evə ziyan dəyib, qonşu binaların pəncərələri sınıb. Xilasedicilər olay yerində axtarış-xilasetmə işləri aparıb, zərərçəkənləri dağıntılar altından çıxarıblar.
İyulun 18-dən - Rusiya taxıl müqaviləsindən çıxdığını elan etdikdən sonra Rusiya ordusu demək olar ki, hər gecə Odessa bölgəsinə hücum edir. İndiyə qədər bir neçə nəfər həlak olub və yaralanıb. Ukrayna hakimiyyəti hesab edir ki, Moskvanın məqsədi taxıl ixracını pozmaqdır.