SON XƏBƏR

Rusiya ordusu Ukraynanın Trostyanets şəhərini ələ keçirib

Mart 05
01:47 2022
Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib.

"Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına Rusiya hərbçiləri nəzarət edir.

"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə xəbərdarlıq edilib ki, özləri getsələr, güllələnəcəklər. Başqa yaşayış məntəqələrindən təcili yardım maşınını buraxmırlar", - Jivitski bildirib.

O, həmçinin qeyd edib ki, yerli sakinlər ərzaq və digər malları ala bilmirlər.

"Bütün mağazalar talan edilib, şəhərdə daim axtarışlar aparılır və snayperlər işləyir. Həmçinin əhaliyə kömək etmək üçün şəhərə girmək imkanı yoxdur", - Jivitski yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook