SON XƏBƏR

Rusiya PKK-ya aid təşkilatı ləğv etdi

Noyabr 22
14:23 2019
Rusiyada PKK/YPG ilə bağlı qondarma kürd qadınlarının hüquqlarını müdafiə edən "Beritan” dərnəyi siyasi fəaliyyət göstərməsi səbəbiylə məhkəmə qərarıyla ləğv edilib.

Qaynarinfo hurriyet.com.tr-yə istinadla xəbər verir ki, bu haqda Adıgey Muxtar Respublikası Ali Məhkəməsindən mətbuata bildirilib.

"Dərnək siyasi fəaliyyət göstərdiyinə görə bağlandı. Bu onların öz nizamnaməsinə və Rusiya Qeyri-hökumət təşkilatları qanununun tələblərinə ziddir”, - açıqlamada deyilir.

Sözdə kürd qadınların hüquqlarını müdafiə edən dərnək nümayəndələri İraqdakı Kürdüstan Demokrat Partiyasının tapşırılarını yerinə yetirib və Türkiyəyə qarşı siyasi xarakterli açıqlamalar verib. 

Xatırladaq ki, "Beritan” dərnəyi 2015-ci ildə Adıgeyin Beloye şəhərində yaradılıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook