SON XƏBƏR

Rusiya Prezidenti Yaxın Şərq məsələsini Ərdoğanla müzakirə edir

Dekabr 19
17:00 2024
"Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təmasdayıq, Yaxın Şərq məsələsini müzakirə edirik”.

APA xəbər verir ki, bunu ənənəvi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin söyləyib.

"Türkiyənin Yaxın Şərqlə bağlı mövqeyi bizə, bizim mövqeyimiz də onlara məlumdur. Bu məsələ BMT-nin "iki dövlət” prinsipi əsasında həll olunmalıdır. İsrail dövləti yaradılıb, Fələstin dövləti isə faktiki olaraq yox. Həmin məsələnin yeganə həll yolu məhz bundan keçir”.

Rusiya dövlət başçısı bildirib ki, Türkiyənın PKK ilə uzun onilliklər tarixi olan problemi mövcuddur: "Ümid edirəm ki, Türkiyədə PKK İlə bağlı vəziyyət gərginləşməyəcək". "Ərdoğanla daimi təmasdayıq. Biz əlbəttə ki, Yaxın Şərqdəki, Livan, Suriyadakı vəziyyəti müzakirə etmişik. Ərdoğanın Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi yaxşı məlumdur. Bizim də mövqeyimiz hər kəsə məlumdur".

"Türkiyə öz təhlükəsizlik problemlərini həll etməlidir. Biz beynəlxalq hüququn tərəfdarıyıq, o cümlədən Suriya məsələsində. Rusiya Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və bu məsələdə Suriyanın yeni hakimiyyət orqanlarının tərəfindədir. Rusiya Suriyanın istənilən ərazisinin ələ keçirilməsini pisləyir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook