SON XƏBƏR

Rusiya qazından qəfil imtina Almaniyaya necə təsir edə bilər? – CNN

Aprel 14
14:55 2022
Almaniyanın Rusiyadan aldığı qaz qəfildən kəsilərsə, ölkə dərin böhranla üzləşə bilər.
 
Qaynarinfo xəbər verir ki, bu haqda Almaniyanın beş iqtisadiyyat insititunun CNN-də nəşr olunan hesabatında deyilir.
 
Hesbata görə, belə bir şok hadisə baş verərsə, bu, Almaniyanın növbəti iki ildə 240 milyard dollar pul itirməsi demək olacaq. 

Almaniyanın ümumi daxili məhsulunda 2022-ci ildə 1.9% artım, 2023-cü ildə isə 2.2% geriləmə gözlənilir. Təbii qaz alışı davam etsə, bu ilki böyümə 2.7% olacaq. 

Hesabatın müəlliflərindən biri və Kiel İnsitutunun Dünya İqtisadiyyatı bölməsinin direktoru Stefan Kutz bildirir ki, Rusiya qazının kəsilməsi Avropanın aparıcı iqtisadiyyatını dərin böhrana sala bilər. 

Rusiyanın Ukraynada törətdiyi cinayətlərdən sonra Avropa ölkələri təcavüzkara tətbiq etdiyi sanksiyaları artırır. Bildirilir ki, avqustda Rusiya kömürünə sanskiya qoyulması gözlənilir. Hazırda isə 6-ci seriya sanksiyalar paketinin müzakirəsi gedir və bəzi Avropa Birliyi rəsmiləri Rusiyanın əsas gəlirli sahəsi, neft-qaz sahəsinə sanksiya qoyulmasını istəyir. 

Ancaq bu, təbii qaz idxalına görə 46% Rusiyadan asılı olan Almaniya üçün fəlakət deməkdir.
 
Avropa Birliyi bu il Rusiyadan qaz idxalını 66% azaltmağı, 2027-ci ilə kimi isə tamamilə kəsməyi planlayır. 

Almaniyanın maliyə naziri Rusiyadan qaz idxalını mümkün olduqca tez azaltmağa çalışdıqlarını bildirib. Ancaq qəfil dayandırılmanın mümkün olmadığını deyib:

"Sual budur ki, biz hansı mərhələdə Putindən çox özümüzə zərər vururuq? Əgər mən ürəyimin səsinə qulaq assam, bu an hər şeyə embarqo qoyardıq. Ancaq bunun qısa müddətdə müharibə maşınını dayandıracağına inanmıram”. 

Rusiya təbii qaz idxalının dayandırılmasının Almaniyada son 40 ildə rekord həddə çatan inflasiyanı daha da kəskinləşdirəcəyi bildirilir. 

Hazırda Almaniyada keçən illə müqayisədə ərzaq qiymətlərində 7.3% bahalaşma var. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook