Rusiya qoşunları Ukraynanın Zaporojye əyalətinin 60 faizini ələ keçirib
İyun 06
09:05
2022
2022-ci ilin iyun ayına olan məlumata görə, Ukraynanın Zaporojye əyalətinin demək olar, 60 %-i Rusiya qoşunları tərəfindən ələ keçirilib.
Bu barədə "Report” Ukrayna Prezidentinin saytına istinadən xəbər verir.
Bildirilir ki, yerli vilayət administrasiyasının rəhbəri Aleksandr Starux Prezident Volodimir Zelenskiyə region ərazisinin demək olar ki, 60 %-nin müvəqqəti olaraq Rusiya qoşunları tərəfindən işğal edildiyini və yerlərdə döyüşlərin davam etdiyini bildirib.
Onun sözlərinə görə, düşmən 2 701 infrastruktur obyektini dağıdıb, onlardan bu günə qədər 700-ə yaxını bərpa edilib.