SON XƏBƏR

Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqlayıb

Fevral 14
15:07 2022
Ukraynanın NATO-ya üzv olmaqdan imtinası vəziyyəti sabitləşdirmək üçün atılmış addım olardı.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

O, Ukraynanın Böyük Britaniyadakı səfirinin ölkəsinin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlı sözlərini şərh edib. Kreml sözçüsü Kiyevin NATO-ya üzv olmaqdan imtinasının vəziyyəti sabitləşdirmək üçün atılmış addım olacağını qeyd edib.

Qeyd edək ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko müharibədən qaçmaq üçün Kiyevin NATO-ya üzv olmaq istəyindən imtina edə biləcəyinin mümkün olduğunu açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bu sözlərin kontekstdən çıxarıldığını bildirib. Daha sonra Pristayko sözlərinin səhv başa düşüldüyünü vurğulayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook