Rusiya sərhədlərində üz tanıma sistemi quraşdırılacaq
Fevral 10
14:51
2023
Rusiya sərhədlərində nəqliyyat vasitələrinin buraxılış məntəqələrini yeni üz tanıma sistemi ilə təchiz etmək planlaşdırır.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, müvafiq ərizə fevralın əvvəlində dövlət satınalmaları portalında yerləşdirilib.
Sifarişçi qismində Federal Dövlət Xəzinədarlığı Təşkilatı (FDXT) iş üçün 830 milyon rubl ayırmağa hazırdır. Avadanlıqların çatdırılma müddəti 25 noyabr 2023-cü il tarixinə qədərdir.
Sənədlərə əsasən, sistemlərin Primorye və Trans-Baykal diyarında Çinlə üç sərhəd keçid məntəqəsində (Zabaykalsk, Poqraniçnı və Kraskino); Kalininqrad vilayətində Litva və Polşa ilə sərhəddə (Baqrationovsk, Mamonovo, Çernışevskoye); Rusiya-Qazaxıstan sərhədindəki Orenburq vilayətində ("Maştakovo", "Orsk" və "Saqarçin") quraşdırılması planlaşdırılır. Sistemin Krasnodar diyarında Abxaziya ilə sərhəddə yerləşən Adler keçid məntəqəsində də quraşdırılacağı gözlənilir.
Texniki tapşırıqda deyilir ki, sistem sürücünün şəkildəki üzünü hansısa "biometrik məlumat bazasında və ya müəyyən siyahıda” saxlanılan bütün məlumatlar ilə müqayisə etməlidir.