SON XƏBƏR

"Rusiya son sutkada ölkə ərazisinə 60 raket zərbəsi endirib, ölənlər var" - Ukrayna Baş Qərargahı

Aprel 24
10:25 2023
"Rusiya son sutkada Ukrayna ərazisinə 60 raket zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananlar var”.

"Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya beynəlxalq humanitar hüquqa məhəl qoymur, yaşayış binalarını və infrastrukturu məhv edir:

"Son sutkada müxtəlif istiqamətlərdə qarşı tərəfin 60-a yaxın hücumu dəf edilib. Düşmənin əsas səyləri Baxmut, Avdivka və Marinka istiqamətlərinə yönəlib. Ən şiddətli döyüşlər Baxmut və Marinka şəhərlərində gedir”.

Məlumata görə, qarşı tərəf döyüş meydanında tibb işçiləri çatışmazlığından əziyyət çəkir:

"Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində işğalçıların cəmləşdiyi ərazilərə 14 zərbə endirib. Həmçinin düşmənin 2 ədəd "Merlin” tipli kəşfiyyat PUA-sı və 1 ədəd "Orlan-10” tipli kəşfiyyat aparatı, həmçinin "Lanset” tipli 8 kamikadze PUA-sı vurulub. Raket qoşunları və artilleriya bölmələri düşmənin 3 radioelektron döyüş stansiyasını vurub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook