Rusiya “Taxıl sazişi”nin müddətini uzada bilər
İyul 15
10:41
2023
"Qara Dəniz Taxıl Təşəbbüsünün daha bir müddətinə uzadılması Rusiya razılıq verəcəyi təqdirdə mümkün ola bilər”.
"Report” xəbər verir ki, bunu TASS-a Türkiyədəki diplomatik mənbə bildirib. Mənbə bildirib ki, Rusiyanın tutduğu mövqe nəzərə alsaq, digər variantlar az ehtimal olunur. Mənbə bildirib ki, Türkiyə tərəfi (Müdafiə Nazirliyi və XİN) "taxıl sazişi”nin uzadılması ilə bağlı aktiv iş aparır. "İndi biz yəqin ki, Rusiya və Türkiyə Prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında dialoq gözləməliyik, bunun nəticəsində vəziyyət tam aydınlaşacaq", - mənbə hesab edir.