Rusiya Ukraynadakı məqsədləri üçün İranın peykindən istifadə edəcək
Avqust 05
14:10
2022
Rusiya Ukraynada hərbi məqsədləri üçün İran İslam Respublikasının "Xəyyam” adlı peykindən istifadə etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post” qəzeti Qərb təhlükəsizlik rəsmilərinə istinadən yazıb.
"Xəyyam” peyki Rusiya tərəfindən avqustun 9-da Qazaxıstanın Baykonur kosmik bazasından orbitə buraxılacaq.
"Washington Post” yazıb ki, bu peyk İranın bütün Yaxın Şərqdəki hərbi hədəflər üzərində casusluq imkanlarını xeyli artıracaq, lakin Moskva Ukraynadakı müharibə əməliyyatlarına kömək etmək üçün ilk növbədə bu peykdən istifadə etməyi planlaşdırır.
Xəyyam dörd il əvvəl İran və Rusiya arasında bağlanmış müqavilənin bir hissəsidir.
Qəzetin yazdığına görə, bu qabaqcıl peyk İranın Yaxın Şərq regionunda casusluq və müşahidə imkanlarını xeyli artıra bilər.
"Washington Post" həmçinin əlavə edib ki, rusiyalı ekspertlər Kərəcdə yeni yaradılmış mərkəzdə peyki idarə etmək üçün İran qüvvələrinə təlim keçmək məqsədilə ötən ilin yazında İrana səfər ediblər.