SON XƏBƏR

Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir - G7

İyun 15
07:50 2024
"Böyük Yeddilik" (G7) ölkələri Ukraynaya vurulan ziyana görə Rusiyadan 486 milyard dollar ödəməyi tələb edir.

APA xəbər verir ki, bu barədə G7-nin İtaliyada keçirilən sammitinin yekun bəyanatında məlumat yer alıb.

"Biz bir daha Ukrayna xalqının cəsarətini və möhkəmliyini alqışlayırıq və Ukraynaya lazım olan müddət ərzində sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Biz Ukraynaya onun təcili qısamüddətli maliyyə ehtiyaclarını ödəməkdə kömək etməyə sadiq qalırıq. Dünya Bankının məlumatına görə, Ukraynaya dəyən ziyan 486 milyard ABŞ dollarını ötüb. Biz təsdiq edirik ki, müvafiq hüquq sistemlərimizə uyğun olaraq, Rusiyanın bizim yurisdiksiyalarımızdakı aktivləri Rusiya Ukraynaya vurduğu zərəri ödəyənə qədər hərəkətsiz qalacaq”, - bəyanatda deyilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook