Rusiya Vaşinqton görüşündən narahatdır – Putinin sözçüsündən açıqlamalar
May 02
18:34
2023
"Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağdakı vəziyyətin həlli üçün başqa hüquqi əsaslar yoxdur”.
"İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə addımların atılması ilk növbədə, təbii ki, Rusiya ilə birlikdə imzalanmış həmin üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa hüquqi əsaslar yoxdur”, - Peskov bildirib.
"Əlbəttə, bu bazada nizamlanmaya kömək edə biləcək hər hansı yardım alqışlanır.Lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər var ki, bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər”, - Peskov əlavə edib.