SON XƏBƏR

"Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeyi diametral şəkildə fərqlənir" - Kreml

Fevral 19
14:32 2024
Ermənistanın Ukrayna ilə bağlı mövqeyi Moskvaya yaxşı məlumdur.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya və Ermənistanın Ukrayna ilə bağlı diametral şəkildə əks baxışları var və Moskva İrəvanın mövqeyini yaxşı bilir.

Peskov vurğulayıb ki, Rusiya Ermənistanın Ukrayna ilə bağlı mövqeyi ilə razılaşmır və bunun doğru olduğunu israrla izah etməyə davam edəcək.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında ölkəsinin Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığını açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook