SON XƏBƏR

"Rusiya və Çin əsas təhdid mənbələridir" - ABŞ əks-kəşfiyyatı

Fevral 11
10:53 2020
ABŞ əks-kəşfiyyatının 2020-2022-ci illər üzrə yeni strategiyasında Rusiya və Çin əsas təhdid mənbələri kimi göstərilib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin açıqlanan sənədində bildirilib.

"ABŞ-ı nişanlamış oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyada fəaliyyət göstərir, öz milli güclərinin bütün alətlərini ABŞ-a qarşı istifadə edir və müasir kəşfiyyat imkanlarının geniş spektrinə sahibdir”, - sənəddə vurğulanıb.

Mərkəzin elan etdiyi digər təhdid mənbələri arasında Kuba, İran, Şimali Koreya, "Hizbullah” hərəkatı, İŞİD və "Əl-Qaidə” terror təşkilatları, transmilli kriminal təşkilatlar və s. var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook