SON XƏBƏR

Rusiya xaricə benzin satışını məhdudlaşdırır

Fevral 27
16:06 2024
Martın 1-dən etibarən Rusiya yarım il müddətinə benzin ixracını məhdudlaşdırır.

"AzPolitika” xəbər verir ki, bu barədə jurnalistlərə Baş nazirin müavini Aleksandr Novakın ofisi məlumat verib.

Rusiyanın rəsmi mənbələrinə görə, yalnız Avrasiya İqtisadi ittifaqına (Aİİ) üzv ölkələr, həmçinin Monqolustan, Özbəkistan, Abxaziya və "Cənubi Osetiya” istisnadır. Bu ölklərə indiyə qədər razılaşdırılmış tədarüklər təmin ediləcək.

Bu qərarın verilməsində müharibə ilə bağlı benzinə daxili tələbatın artması ilə yanaşı Ukrayna qüvvələrinin son aylarda Rusiyanın bir sıra neft emalı zavodlarına hücumlarının da təsiri olduğu istisna edilmir. Bunun nəticəsində ölkədə benzin istehsalının həcminin təxminən iki faiz azalıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook