SON XƏBƏR

Rusiya XİN Qərbdən qovulmuş diplomatlara iş yeri tapıb – Bir qrupu Qafanda çalışacaq

Dekabr 25
14:51 2023
"Ölkə prezidenti və Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qeyri-dost ölkələrdən qovulmuş rusiyalı diplomatların və texniki işçilərin işlə təmin olunması məsələsini tamamilə həll etməyə imkan verən xüsusi qərarlar qəbul edilib”.

"AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Yevgeni İvanov yerli mətbuata açıqlamasında bildirib.

"Onların hamısı öz sahəsinin peşəkarlarıdır və yeni iş yerlərini istər mərkəzi ofisdə, istərsə də xaricdə tapıblar” - deyə, nazir müavini əlavə edib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Rusiyanın xaricdəki diplomatik mövcudluğunun əhəmiyyətli dərəcədə genişlənməsi müşahidə olunacaq.

"Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Qafan (Ermənistan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Male (Maldiv adaları) şəhərlərində baş konsulluqların açılması ilə bağlı artıq qərarlar qəbul edilib və sözügedən dövlətlərin səlahiyyətli orqanları ilə razılaşdırılıb”, - İvanov bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook