Rusiya XİN rəhbərinin müavini İran səfiri ilə “3+3” formatını müzakirə edib
Oktyabr 13
17:29
2023
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə bir sıra məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Qeyd edək ki, "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
"Bir sıra aktual beynəlxalq və regional məsələlər müzakirə edilib. Cənubi Qafqazdakı vəziyyətin nəzərdən keçirilməsi kontekstində "3+3” platformasının işinin bərpasının vacibliyi qeyd edilib”, - məlumatda bildirilib.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakı ilə "3+3” formatı çərçivəsində danışıqlara hazırdır.