SON XƏBƏR

"Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək" - ABŞ institutu

Aprel 24
10:06 2024
Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək.
 
"Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, Rusiya ABŞ-nin elan etdiyi təhlükəsizlik yardımı Ukraynaya çatana qədər hücumları intensivləşdirməyə çalışa bilər: "Yəqin ki, Moskva yaranan məhdudiyyətlərdən istifadə etməyə cəhd göstərəcək”.

İddiaya görə, Rusiya qüvvələri qarşıdakı həftələrdə Ukraynanın mühüm infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edə bilər”.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi təsdiqlənməsi üçün Senata ötürüləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook