Rusiyada 120 mindən çox şəxs ermənipərəst aparıcıya qarşı petisiya imzaladı (SƏBƏB)
May 18
10:59
2020
Vladimir Solovyovun federal televiziya kanallarında veriliş aparmasının qadağan edilməsini tələb edən petisiya artıq 123 mindən çox imza toplayıb.
Qaynarinfo xəbər verir ki, petisiya müəlliflərinin fikrincə, Solovyov Rusiya cəmiyyətinə "özünün aqressiv informasiya materialı və siyasi öhdəliyi ilə düşmənçilik toxumu səpir".
"Proqramlarının efirində daimi eskalasiya və isteriya insanların emosional vəziyyətinə mənfi təsir göstərir. Onun verilişlərini tamaşaçıların psixikasına qarşı real zorakılıq adlandırmaq olar", - petisiya mətnində deyilir.
Bundan əlavə, Solovyov efirdə peşə etikasının hüdudlarından kənara çıxaraq jurnalistikanı gözdən salan nalayiq ifadələr işlədir, şəxsiyyətlərin təhqirinə yol verir.
"Solovyovun o cümlədən ikinci vətəndaşlıq almaq məqsədi ilə xaricə getməsinin şübhə altına alınması məsləhət görülür. Hesab edirik ki, bu, onun vətənpərvərlik təbliğatı ilə daban-dabana ziddir, eləcə də "düşmən və ölən Qərb" haqqında çıxışları ilə dissonansdadır", - mətn müəllifləri qeyd edir.
Xatırladaq ki, Solovyov Azərbaycana öz düşmən münasibəti ilə məşhurdur və verilişlərində bütün səylərini erməniləri müdafiə etməyə sərf edir.