SON XƏBƏR

Rusiyada aviasiya zavodunda güclü yanğın başlayıb

Yanvar 25
12:42 2024
Rusiyanın Krasnoyarsk şəhərindəki aviasiya zavodunda güclü yanğın başlayıb.
 
"Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, 40-a yaxın insan sexdən təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan olmayıb.
 
Yanğın lokallaşdırılsa da, hələ söndürülməyib.
 
Hadisənin səbəbi müəyyənləşdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook