Rusiyada Azərbaycanın imicinə zərbə vuran şirkət - "Abşeron Şərab" (FOTOLAR)
İyun 24
15:25
2020
Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas iqtisadi prioritetlərdən biridir. Bu mənada ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi üçün dövlət hər tərəfli dəstək verir, xüsusən ixracı stimullaşdırır.
Azərbaycan şərablarının ixrac edildiyi əsas bazar isə Rusiyadır və ümumi ixrac bazarının 90 faizini təşkil edir.
Dövlətimizin bu sahənin inkişafı üçün verdiyi hərtərəfli dəstəkdən təəssüf ki, çirkin məqsədlərlə sui-istifadə edən şirkətlər də var.
Hit.Az saytının apardığı araşdırmalar xüsusən də şərabçılarımızın əsas ixrac bazarı olan Rusiyada belə halların geniş vüsət aldığını göstərir. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanda fəaliyyət göstərən "Abşeron Şərab" ASC Rusiya bazarında Azərbaycanın böyük şirkətlərindən biri olan "Gəncə Şərab -2" ASC-yə qarşı, yumşaq desək, biznes əxlaqına sığmayan addımlar atır.
Belə ki, illərdir "Gəncə Şərab -2" ASC-nin məhsulu kimi tanıdığımız brendlərin adlarını oğurlayan "Abşeron Şərab" daha ucuz və keyfiyyətsiz çaxırları bu adlar altında Rusiya bazarında satır.
Qeyd edək ki, 650 işçisi və 400 ha üzüm plantasiyası olan "Gəncə Şərab-2" ASC bu sahədə Azərbaycanın həm ən böyük şirkəti, həm də iri vergi ödəyicisidir. Hər bir brendin formalaşması, tanınması üçün artıq iki onillikdir ki, böyük əmək sərf edir.
"Gəncə Şərab -2" ASC 18 ildir ki, Rusiyaya 13 adda şərab ixrac edir və bunların əksəriyyəti böyük populyarlıq qazanıb. Rusiya bazarlarına ixrac olunan "Gəncə Şərab"ın bu məhsulları dəfələrlə beynəlxalq dequstasiya və sərgilərdə qızıl, gümüş medallar və diplomlarla təltif olunub. "Abşeron Şərab" isə yeni brend yaratmaq, tanıtdırmaq, Rusiya bazarında Azərbaycanın payını artırmaq əvəzinə "Gəncə Şərab-2"-nin brend adlarını oğurlayaraq, bazara eyni adda daha keyfiyyətsiz və ucuz məhsullar çıxardır.
Bu nə biznes əxlaqına, nə də rəqabət mədəniyyətinə sığmır. Belə addımlar təkcə rəqib şirkətə ziyan vurmur, həm də Azrbaycan dövlətinn "Made in Azerbaijan" brendinə inamı sarsıdır. Nəticədə Azərbaycan Rusiyada bazar payını itirir, bu boşluğu isə rəqib ölkələr doldurur.
"Gəncə Şərab-2"-nin brendləri olan "Огни Баку" (Bakı işıqları), "Девичья башня" (Qız qalası), "Семь красавиц" (Yeddi Gözəl), "Букет Азербайжана" (Azərbaycan buketi) və bir çox digər brendlərini mənimsəyən, məhsullarını məhz bu adlarla satmaq istəyən "Abşeron Şərab" həm də özünə, məhsullarına inamsızlıq aşılayır. Bu isə əvvəl-axır bazardan yox olmaqla nəticələnə bilər.
Fikirimizcə, aidiyyatı qurumlar həm ciddi istehsalçıların, həm də Azərbaycanın imicinin qorunması baxımından bu kimi məsələlərdə daha diqqətli və həssas olacaqlar. Ümidvarıq və inanırıq ki, istehsalçılara məhsulun mənşə Sertifikatı veriləndə digər istehsalçıların maraqları da qorunacaq.

Belə ki, dövlətin verdiyi dəstəkdən istifadə edib istehsalı və xüsusən də ixracı artırmaq, yeni brendlər yaradıb, yeni bazarlara çıxmaq əvəzinə bəzi şirkətlərimiz digər Azərbaycan şirkətlərinin intellektual mülkiyyətini oğurlayır, onlara qarşı çirkin üsullara əl atır.
Hit.Az saytının apardığı araşdırmalar xüsusən də şərabçılarımızın əsas ixrac bazarı olan Rusiyada belə halların geniş vüsət aldığını göstərir. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanda fəaliyyət göstərən "Abşeron Şərab" ASC Rusiya bazarında Azərbaycanın böyük şirkətlərindən biri olan "Gəncə Şərab -2" ASC-yə qarşı, yumşaq desək, biznes əxlaqına sığmayan addımlar atır.
Belə ki, illərdir "Gəncə Şərab -2" ASC-nin məhsulu kimi tanıdığımız brendlərin adlarını oğurlayan "Abşeron Şərab" daha ucuz və keyfiyyətsiz çaxırları bu adlar altında Rusiya bazarında satır.
Qeyd edək ki, 650 işçisi və 400 ha üzüm plantasiyası olan "Gəncə Şərab-2" ASC bu sahədə Azərbaycanın həm ən böyük şirkəti, həm də iri vergi ödəyicisidir. Hər bir brendin formalaşması, tanınması üçün artıq iki onillikdir ki, böyük əmək sərf edir.
"Gəncə Şərab -2" ASC 18 ildir ki, Rusiyaya 13 adda şərab ixrac edir və bunların əksəriyyəti böyük populyarlıq qazanıb. Rusiya bazarlarına ixrac olunan "Gəncə Şərab"ın bu məhsulları dəfələrlə beynəlxalq dequstasiya və sərgilərdə qızıl, gümüş medallar və diplomlarla təltif olunub. "Abşeron Şərab" isə yeni brend yaratmaq, tanıtdırmaq, Rusiya bazarında Azərbaycanın payını artırmaq əvəzinə "Gəncə Şərab-2"-nin brend adlarını oğurlayaraq, bazara eyni adda daha keyfiyyətsiz və ucuz məhsullar çıxardır.
Bu nə biznes əxlaqına, nə də rəqabət mədəniyyətinə sığmır. Belə addımlar təkcə rəqib şirkətə ziyan vurmur, həm də Azrbaycan dövlətinn "Made in Azerbaijan" brendinə inamı sarsıdır. Nəticədə Azərbaycan Rusiyada bazar payını itirir, bu boşluğu isə rəqib ölkələr doldurur.
"Gəncə Şərab-2"-nin brendləri olan "Огни Баку" (Bakı işıqları), "Девичья башня" (Qız qalası), "Семь красавиц" (Yeddi Gözəl), "Букет Азербайжана" (Azərbaycan buketi) və bir çox digər brendlərini mənimsəyən, məhsullarını məhz bu adlarla satmaq istəyən "Abşeron Şərab" həm də özünə, məhsullarına inamsızlıq aşılayır. Bu isə əvvəl-axır bazardan yox olmaqla nəticələnə bilər.
Fikirimizcə, aidiyyatı qurumlar həm ciddi istehsalçıların, həm də Azərbaycanın imicinin qorunması baxımından bu kimi məsələlərdə daha diqqətli və həssas olacaqlar. Ümidvarıq və inanırıq ki, istehsalçılara məhsulun mənşə Sertifikatı veriləndə digər istehsalçıların maraqları da qorunacaq.
"Gəncə Şərab 2" ASC 1997-ci ildən başlayaraq müxtəlif müsabiqə və festivallarda öz brendləri ilə təmsil olunub və ali mükafatları qazanıb. Bu bir daha adıçəkilən brendlərin kimə məxsus olması və onların tarixi sualına aydınlıq gətirmiş olur.
Qlobal.az