SON XƏBƏR

"Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var" - Ərdoğan

Mart 27
15:55 2024
Rusiyada baş verən terror aktını hər kəs gördü. Rusiyada olanları hər gün Türkiyədə törətmək istəyənlər var.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə terrorçulara, o cümlədən PKK terror təşkilatına qarşı uğurla mübarizə aparır: "Ölkə daxilində PKK-nın mövcudluğu çox azalıb. Buna baxmayaraq, bəzi güclər hələ də ölkəmizə qarşı terrorçulardan istifadə etməyə çalışırlar. Biz buna icazə verə bilmərik”.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook