Rusiyada əsgərlərə telefondan istifadə qadağan edildi
Fevral 21
10:55
2019
Rusiya Dumasında hərbiçilərin xidmət başında mobil telefonlardan istifadəsinin qadağan edilməsi ilə bağlı səsvermə keçirilib.
"Qafqazinfo” xəbər verir ki, təklif 450 üzvdən 400-nün lehinə səs verməsi ilə qəbul edilib.
Qərara əsasən, hərbiçilər foto və video çəkən, internetə çıxışı olan smartfonları iş vaxtlarında üzərlərində daşıya bilməyəcəklər. Sadəcə zəng və mesaj funskiyası olan sadə telefonlara isə qadağa qoyulmayıb.
Duma üzvləri bu addımın milli təhlükəsizliyi qorumaq, hərbiçilərin gizli məlumatlarının ifşa edilməsinə mane olmaq məqsədilə atıldığını bidiriblər.
Qərar Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minəcək.