SON XƏBƏR

Rusiyada mədəndə qəza zamanı ölənlərin sayı 52 nəfərə çatıb

Noyabr 26
02:14 2021
Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəza nəticəsində ölənlərin sayı artıb.

"Report"un məlumatına görə, Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi "RİA Novosti"yə bildirib ki, 6 xilasedici də daxil olmaqla 52 nəfər mədəndə baş vermiş qəzanın qurbanı olub.

Baş prokurorun müavini Dmitri Demeşin qeyd edib ki, fövqəladə vəziyyətə səbəb metan partlayışı və mədənçilərin xəsarət alması ilə nəticələnən dinamik zərbə olub.

Hadisə ilə əlaqədar mədənin direktoru, onun birinci müavini və sahə rəhbəri saxlanılıb. Müəyyən edilib ki, saxlanılan şəxslər istehsalat obyektində təhlükəsizlik tələblərini pozublar. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook