Rusiyada miqrantlara ana dilində danışmaq qadağan oluna bilər
İyul 15
14:47
2024
Rusiyada miqrantlara ictimai yerlərdə ana dilində danışmaq və pıçıldamaq qadağan oluna bilər.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Millətlərlə İş üzrə Federal Agentliyinin hazırladığı Mərkəzi Asiyadan olan əmək miqrantları üçün yeni uyğunlaşma layihəsində qeyd olunub.
Layihənin müəlliflər qeyd ediblər ki, yad adamlara toxunmaq, həmçinin bəyəndiyi qadının və ya kişinin diqqətini cəlb etməyə çalışaraq səslər çıxarmaq, fit çalmaq olmaz.
Bildirilib ki, miqrantlara ictimai yerlərdə ana dilində danışmamaq və pıçıldamamaq tövsiyyə olunacaq. Vurğulanıb ki, miqrantlar tərəfindən "brat” və ya "sestra” müraciətləri qohum və ya yaxın tanış olmayan insanlarla ünsiyyət üçün uyğun deyil.
Əcnəbilərdən yoldan keçənləri öz ana dilində müzakirə etməməyə və başqa insanların yanında bu dildə pıçıldamamaq tövsiyyə olunacaq.