Rusiyada pandemiya qurbanlarının sayı 5 mini ötdü
İyun 02
12:10
2020
Rusiyada son bir gündə daha 8 863 nəfərə koronavirus diaqnozu qoyulub.
"Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 423 741 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 182 nəfər artaraq 5 037-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 186 985 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 286 nəfər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.