SON XƏBƏR

Rusiyada qırıcı qəzasında ölənlərin sayı 13-ə çatdı

Oktyabr 18
09:59 2022
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook