SON XƏBƏR

Rusiyada ukraynalı deputata 10 il iş kəsildi – Qonçarenko nədə ittiham olunur?

İyun 19
11:11 2024
Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonu siyasi nifrət əsasında Rusiya ordusu haqqında qondarma saxta məlumatlar yaymaqda ittiham edərək qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edib.

Qonçarenko terrora haqq qazandırmaq və zorakılıq hədəsi ilə nifrət yaratmaq maddələri ilə təqsirli bilinib. Deputata qarşı cinayət işinin başlanmasına ilkin səbəbin nə olduğu məlum deyil.

Rusiyada Ali Radanın deputatı Aleksey Qonçarenkoya qarşı cinayət işinin açılması faktı bu ilin aprelində məlum olub.

"Rusiya Federasiyasında hərbi cinayətlərə görə mühakimə olunan ilk xalq deputatı olmaq çox xoşdur, hər kəsin belə fəxri adı yoxdur!” – deyə,Qonçarenko qərarı şərh edərkən deyib.

Rusiya məhkəmələri Ukraynadakı müharibə ilə bağlı Müdafiə Nazirliyinin və ya Kremlin rəsmi mövqeyinə zidd olan istənilən məlumatı saxta və nüfuzdan salamaq hesab edir. Məhkəmələr tərəfindən ordu ilə işlərə dair hökmlərin ən azı yarısı Rusiya hərbçiləri tərəfindən Ukraynada dinc əhalinin qətlə yetirilməsi ilə bağlı bəyanatlara görə verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook