Rusiyada yeni qanun: “Georgi lenti”ni təhqir edənlərə 3 il həbs veriləcək
Dekabr 20
13:17
2022
Rusiya Dövlət Duması "Georgi lenti” haqqında qanun qəbul edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, qanunda "Georgi lenti”nin ictimai təhqirinə görə inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulub.
Belə ki, bundan sonra "Georgi lenti”ni ictimai təhqir edən fiziki şəxs üç milyon rubla qədər cərimə və ya üç ilə qədər həbslə üzləşə bilər. Hüquqi şəxs isə üç milyondan beş milyon rubla qədər cərimələnəcək.
Məlum cinayət bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq və ya internetdə törədildikdə iki milyondan beş milyon rubla qədər miqdarda cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.