SON XƏBƏR

“Rusiyadan qopmaq Ermənistana 3 Spitak zəlzələsinə bərabər təsir edəcək” – “Dəhşətli olacaq...”

Noyabr 22
15:05 2023
"Əgər Ermənistanın Rusiya ilə ciddi problemləri varsa, bu, Ermənistan iqtisadiyyatına üç Spitak zəlzələsinin nəticələrinə bərabər təsir göstərəcək”. 

"AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru Karen Adonts Ermənistan mediasına açıqlamasında bildirib.

"Qərblə eyni problemlərimiz olsa, maliyyə axını nəzərə alınmaqla, bu, iki Spitak zəlzələsinin nəticələrinə bənzəyəcək”, - o qeyd edib.
Ekspert xatırladıb ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı nəinki böyükdür, o, çox böyükdür və zaman keçdikcə daha da güclənib.
"Turistlərin yarıdan çoxu Rusiyadan gəlir, ixracın əsas hissəsi Rusiyaya gedir, o cümlədən infrastruktur və enerji məsələrində ciddi asılılıq var”, - iqtisadçı vurğulayıb.

K.Adonts əlavə edib ki, əgər Rusiya sadəcə xəbərdarlıq etməklə kifayətlənməyib, bu yaxınlarda konyakla bağlı olduğu kimi, real addımlar atırsa, o zaman bu nəticələri təsəvvür etmək belə çətindir, çünki dəhşətli şəkil olacaq.

"Ona görə də addımları və bəyanatları hesablamaq lazımdır, onlar balanslaşdırılmalıdır, əks halda iqtisadi artım və digər təsirlər çox tez sönəcək”, - Adonts vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook