SON XƏBƏR

Rusiyadan radioaktiv maddəni çıxarmağa cəhd edən 5 nəfər saxlanılıb

İyun 23
11:14 2023
 Rusiya Federal Təhlükəsizlik Xidməti çəkisi bir kiloqram olan "Sezium-137" radioaktiv maddəni ölkədən çıxarmağa cəhd edən 5 nəfəri saxlayıb.
 
"Report” xəbər verir ki, məlumatı Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

Bildirilib ki, Rusiya qanunlarına əsasən, "Sezium-137" iztopunun ölkədən çıxarılması qadağandır.
 
Məlumata görə, bu radioaktiv maddənin 1 kq-ı 3 500 000 dollar dəyərindədir.
 
İnformasiyaya əsasən, "Sezium-137"dən "çirkli bomba” üçün "içlik” hazırlanmasında istifadə olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook