SON XƏBƏR

Rusiyalı jurnalist Gürcüstandan siyasi sığınacaq istədi

Yanvar 07
13:21 2020
Yekaterinburqdan olan jurnalist Yuri İzotov siyasi sığınacaq üçün Gürcüstan hakimiyyətinə müraciət edib. Bu barədə "Кrım.realii" məlumat yayıb.

Sayta müsahibəsində jurnalist Rusiyadakı cinayət araşdırmalarından qorxduğunu deyib.

"Yayda Moskvadakı mitinqin dağıdılması ilə bağlı sosial şəbəkələrdə yazdığım postlarla bağlı təhlükəsizlik qüvvələri yoxlamalar apardı. Yoxlama cinayət işinin başlanmasından imtina ilə başa çatsa da, yaxşı başa düşürəm ki, istənilən vaxt mənə qarşı istənilən bir cinayət işi açıb axtarışa verə bilərlər " - deyə, o bildirib.

Yuri İzotov 2016-cı ildə Rusiyanı tərk edib. Bir müddət Ukraynada yaşayan jurnalistin bu ölkədən siyasi sığınacaq almaq istəyinə mənfi cavab verilib.

İzotov hesab edir ki, o, Kiyevdəki antihərbi aksiyalarda iştirakına görə Rusiyadakı araşdırmaların qurbanına çevrilə bilər
 
"Amerikanın səsi"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook