SON XƏBƏR

Rusiyalı milyarderlər aktivlərini Avropadan çıxarırlar

Sentyabr 15
09:08 2023
Səbəb sanksiyalar və Putinin təzyiqləridir

Rusiyalı milyarderlərin Avropadan 10 milyardlar dəyərində aktivlərini çıxardığı bildirilir.

Səbəb həm beynəlxalq sanksiyalar, həm də Rusiya Prezidenti Vladimir Putinin sərvətlərin geri qaytarılması ilə bağlı təzyiqidir.

"Bloomberg” yazır ki, avqustda maqnatlar İqor Şilov və Mark Kurtser tərəfindən idarə olunan "United Medical Group CY Plc” və "MD Medical Group Investments Plc”-nin səhmdarları şirkətlərini Kiprdən Rusiyaya köçməsini təsdiqləyiblər.

Bu, 2022-ci ilin fevralından bu yana köçürülən aktivlərin ümumi dəyərini 50 milyard dollar civarına çatdıracaq.

Bununla da rus milyarderlər, investorlar onlar üçün əlverişli hüquqi şərait olan ərazilərdən, eyni zamanda, on illərlə davam edən təcrübədən uzaqlaşırlar.

Bura xarici valyutada dividendlər əldə etmək şansı və aşağı vergilərdən yararlanaraq, aktivlərini Avropada saxlamaq üstünlüyü daxildir.

Sayt qeyd edir ki, hazırda Rusiya zənginləri üçün sərvətlərini qoymğa əlverişli ölkə sayı azalır.

Ən əsas səbəb çoxunun ABŞ, Böyük Britaniya və ya Avropa sanksiyaları altında olmasıdır.

Əvvəllər Rusiyada "Deloitte” brendi altında fəaliyyət göstərən "Business Solutions and Technologies” şirkətinin tərəfdaşı Natalia Kuznetsova deyir ki, hazırda aktivləri Rusiyaya yatırmaq daha sərfəlidir, nəinki xarici ölkələrə: "Hazırki şərtlərdə Rusiya xarici ölkələrdən qismən az pis görünür”.

Kipr, Cersi və İsveçrə də daxil olmaqla yerlərdə qeydə alınmış aktivlərin Rusiyaya və Kremlin dost hesab etdiyi Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan kimi ölkələrə yatırılması prosesi işğaldan qısa müddət sonra başlayıb.

İlk addımı atanlar arasında gübrə milyarderi Andrey Quryev və İsveçrə, Kiprdən Rusiyaya gedən polad maqnatı Viktor Raşnikovun ailə holdinqləri vardı.

Milyarder İqor Altuşkin və başqaları isə bu addımı daha sonra atdı.

Kreml də öz növbəsində varlı ruslara "dost olmayan” adlandırdığı ölkələrdən aktivlərini geri qaytarmaları üçün təzyiq edib.

Bununla da ikili vergi müqavilələri dayandırılıb. Bu da Avropa kimi yerlərdə qeydiyyatda qalmağı praktiki olaraq mümkünsüz edib.

Digər tərəfdən Kreml maqnatları Rusiyaya gəlməyə sövq etmək üçün 2018-ci ildə aşağı vergili yerli "ofşor” zonalar kimi stimullardan istifadə edib.

Həmçinin Kipr və ya Malta kimi ənənəvi sığınacaqlarda aktivlərin saxlanması xərclərini artırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook