SON XƏBƏR

Rusiyalı pilotlar öz rəhbərlərini tribunala “satmaq” istəyirlər - Kəşfiyyat

Avqust 15
10:30 2022
Rusiyalı pilotlar onlar tərəfindən alınmış əmri təsdiq edən sənədləri toplayılar və onları Rusiya Federasiyası üzərində qurulacaq tribunala təqdim etməyi planlaşdırırlar.

Bu barədə özünün Teleqram-kanalında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yazır.

Kəşfiyyatda qeyd ediblər ki, rusiyalı işğalçılar özlərinin Ukrayna xalqına qarşı işlədiləri cinayətlərdə iştirakını gizlətməyə çalışırlar. «Dinc Ukrayna sakinləri üzərinə raket atışları həyata keçirmiş təyyarə pilotları artıq dərk edirlər ki, Rusiya ordusunun rəhbərliyi gələcəkdə hərbi cinayətlərə görə məsuliyyəti bilavasitə icraçıların üzərinə yükləmək istəyir. Pilotlar onlar tərəfindən alınmış əmrləri təsdiqləyən sənədləri toplayırlar ki, gələcəkdə Rusiya Federasiyası üzərində qurulacaq beynəlxalq tribunala təqdim etsinlər» - xəbərdə deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook