SON XƏBƏR

Rusiyanın 300 milyard dollarlıq akitvləri Ukraynaya veriləcək

Yanvar 11
16:30 2024
ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın Qərbdə dondurulmuş təxminən 300 milyard dollarlıq aktivlərinin müsadirəsinə icazə verən qanunu dəstəkləyir.

"AzPolitika.info” xəbər verir ki, bu barədə "Bloomberg” Milli Təhlükəsizlik Şurasının sənədinə istinadən xəbər verir. Vəsaitlərin Ukraynanın bərpasına yönəldilməsi planlaşdırılır.

ABŞ Milli Təhlükəsizlik Şurasının Senatın Xarici Əlaqələr Komitəsinə göndərdiyi sənəddə deyilir ki, administrasiya "prinsipcə” Rusiya vəsaitlərinin müsadirəsinə icazə verən qanunvericiliyi alqışlayır.

"Qanun layihəsi ABŞ-nin icra hakimiyyətinə Rusiyanın suveren aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək üçün lazım olan səlahiyyətləri verəcək", - agentlik sənəddən bir hissəyə istinad edir.

"Bloomberg” qeyd edib ki, Bayden, Konqresdəki respublikaçılar Kiyev üçün yeni yardım paketinin qarşısını aldıqdan sonra belə bir addımı dəstəkləmək qərarına gəlib.

Bundan əvvəl "Washington Post"un köşə yazarı Coş Roqin qeyd etmişdi ki, administrasiya Avropa ölkələrinin razılığı olmadan Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi və Kiyevin maraqları naminə istifadə edilməsi planını həyata keçirə bilməyəcək. Çünki onların bəziləri indi belə bir addımın məqsədəuyğunluğuna şübhə ilə yanaşırlar.

Roqinin qiymətləndirməsinə görə, əgər Vaşinqton Kiyevin maraqları naminə dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə razılıq versə, Konqresdəki respublikaçılar Ukraynaya kömək üçün əlavə vəsaitin ayrılmasını dəstəkləməyə daha çox meylli olacaqlar.

2023-cü il mayın 12-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, mülkiyyət hüquqlarına - özəl, dövlət və ya korporativ - qəsd edilməsi qətiyyən yolverilməzdir. Bununla bağlı o, Rusiyanın öz maraqlarını mümkün qədər qoruyacağını bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook