Rusiyanın beynəlxalq ehtiyatları 72 milyard dollar artıb
Noyabr 21
09:57
2019
Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina Dövlət Dumasındakı çıxışında bu il beynəlxalq ehtiyatların 72 milyard dollar artdığını qeyd edib.
Rusiya Maliyyə nazirinin müavini Vladimir Kolıçev, 2020-ci ildə Milli Rifah Fondunda dolların payının geosiyasi risklər səbəbindən azaldacağlarını açıqlamışdı.
"Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
O, Rusiya Mərkəzi Bankın keçən ilə nisbətən beynəlxalq ehtiyyatlarda dolların payını azaltdığını qeyd edib.
Xatırladaq ki, 2018-ci ildə Rusiya Mərkəzi Bankı 2017-ci ilə nisbətən beynəlxalq ehtiyatlarda dolların payını 23,1 faiz bəndi azaldaraq 22,7% çatdırıb.